Girov, müqavilə, ödəniş, filiallar, kassa və hesabatlar — hamısı bir sistemdə. Çoxfiliallı, offline dəstəkli, WhatsApp bildirişli lombard idarəetmə proqramı.
🔒 Yükləmə PIN kodu ilə qorunur · Windows 10/11 · Köhnə versiyanın üstünə quraşdırılır
İmkanlar
Kredit verməkdən hərraca qədər bütün əməliyyat dövrü bir proqramda.
Qızıl, avtomobil, əmlak və digər girov növləri, veb-kamera ilə şəkil, akt və zərgər sahələri.
Annuitet cədvəl, faiz/qismən/tam bağlama, uzatma, hərrac və avtomatik gecikmə cəriməsi.
Hər filialın öz tənzimləmələri, işçiləri və məlumatı; rəhbər üçün ümumi nəzarət.
Dövr üzrə cəmlər, əməliyyat jurnalı, Mənfəət/Zərər və PDF ixrac.
Nağd nəzarət, şəxsi hesab, xərclər və audit jurnalı — 1C üslubunda.
Müştəriyə ödəniş xatırlatması, sahibə filial üzrə əməliyyat bildirişləri.
İnternet kəsiləndə işə davam edin — məlumat lokal saxlanır, qayıdanda sinxronlaşır.
Rol əsaslı icazələr — kassir, zərgər, filial müdiri; kim nəyi görür, siz təyin edin.
Bir kliklə quraşdırın və dərhal işə başlayın. Yeniliklər çıxanda proqram özü xəbər verir.
🔒 Yükləmə üçün PIN kodu tələb olunur · Köhnə versiyanın üstünə quraşdırılır
Necə başlamalı
Masaüstü proqramını endirib Windows-a quraşdırın.
Şirkət hesabınızla daxil olun. Hesabınız yoxdursa bizimlə əlaqə saxlayın.
Müştəri, müqavilə, ödəniş və filialları rahat idarə edin.